
ABŞ Prezidenti Donald Tramp Konqresdən 2025-ci maliyyə ilində milli təhlükəsizlik üçün rekord məbləğdə - 1,01 trilyon dollar milli təhlükəsizlik büdcəsi tələb edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, ayrılan vəsaitin “Qızıl Qübbə” raketdən müdafiə sisteminin inkişaf etdirilməsinə, gəmiqayırma və nüvə enerjisi infrastrukturunun modernləşdirilməsinə istiqamətləndirilməsi planlaşdırılır.
Bundan əlavə, büdcədə amerikalı hərbçilərin maaşlarının 3,8% artırılması nəzərdə tutulur.
Qeyd edək ki, aprelin 8-də Tramp öz administrasiyasının təxminən 1 trilyon dollarlıq müdafiə büdcəsi hazırladığını açıqlayıb. Belə ki, 2024-cü il üçün müdafiə büdcəsi 841 milyard dollar idi.