ABŞ-nin BMT-dəki səfiri o ola bilər


ABŞ Prezidenti Donald Tramp Ağ Evin hazırkı milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun ABŞ-nin BMT-dəki daimi nümayəndəsi təyin ediləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Mən Mayk Uoltsu ABŞ-nin BMT-dəki növbəti səfiri vəzifəsinə namizəd göstərəcəyimi elan etməkdən məmnunam”, - Tramp bildirib.
Tramp həmçinin, ABŞ dövlət katibi Marko Rubionun milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edəcəyini, eyni zamanda Dövlət Departamentindəki vəzifəsini davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl “Fox News” telekanalı Mayk Uolts və onun müavini Aleks Vonqun mayın 1-də ABŞ Milli Təhlükəsizlik Şurasındakı vəzifələrindən azad edildiklərini bildirib. Telekanal Uolts və Vonqun vəzifələrindən uzaqlaşdırılmasının mübahisəli “Signal” mesajlaşma hadisəsi ilə bağlı olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top