
Avropa ölkələri Rusiyaya qarşı daha bir sanksiyalar paketi tətbiq etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bunu “Agence France Presse” (AFP) agentliyinə müsahibəsində Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.
Jan-Noel Barrot bildirib ki, Moskva Ukraynada atəşi dayandırmaqdan imtina edərsə, və bu məsələdə ABŞ-dən dəstək alacağına ümid edərsə, yeni sanksiyalar tətbiq olunacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem də anti-Rusiya sanksiyalarının sərtləşdirilməsini təklif etmişdi.