
“ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq işdən çıxarılacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələri Uolts və Vonqun mayın 1-də postlarını tərk edəcəyi gözləyir.
“Fox News” iddia edir ki, Uolts və Vonq artıq işdən çıxarılıb. Öz növbəsində “Politico” yazır ki, Tramp digər administrasiya rəsmilərinin etimadını itirmiş Uoltsı çoxdan işdən çıxarmağı planlaşdırıb. Nəşrin yazdığına görə, əvəz olunmaq üçün namizədlərin adları bir neçə həftədir ki, Qərb cinahında müzakirə olunur. “Politico” mənbələri bildirir ki, Uolts ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla əvəz oluna bilər. O, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda iştirak edir və mütəmadi olaraq Vladimir Putinlə görüşür.
Uolts və Vonqun istefası ilə bağlı rəsmi açıqlama verilməyib.