
İntiqam Babayev Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, İ. Babayev 2000-2021-ci illərdə gənclər və idman nazirinin müavini işləyib. 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinə qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini olub. Daha sonra sözügedən qoruğun Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edib.