
İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı (İBB) qarşı davam edən istintaq çərçivəsində həbs edilən İBB bələdiyyə sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun həbsxanadan ilk fotosu yayılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, fotoda İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, böyük oğlu Mehmet Selim İmamoğlu və qızı Beren İmamoğlu, həmçinin atası Hasan İmamoğlu və anası Hava İmamoğlu yer alıb.