“Yeni Roma Papası olmaq istərdim” – Tramp


ABŞ Prezidenti Donald Tramp zarafatca yeni Papa olmaq istədiyini deyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
“Mən yeni Roma Papası olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı”, - Tramp deyib.
O, əlavə edib ki, pontifik vəzifəsinə mümkün namizədlər arasında heç bir üstünlüyü yoxdur.
Qeyd edək ki, yeni Papanın seçiləcəyi kardinalların toplantısı mayın 7-də baş tutacaq. Qələbə qazanmaq üçün Roma Katolik Kilsəsinin rəhbəri postuna namizədlər 138 kardinalın üçdə ikisinin səsini toplamalıdır. Müqəddəs taxt-tacın qaydalarına görə, yeni pontifik seçkiləri əvvəlki papanın gedişindən sonra 15 gündən tez və 20 gündən gec olmayaraq başlamalıdır. Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib və aprelin 26-da dəfn edilib.

DİGƏR XƏBƏRLƏR

Top