
Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Vəkil Bəhruz Bayramov APA-ya danışıb.
O bildirib ki, bu gün Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə həbs müddətinin uzadılması barədə təqdimata baxılıb və qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.