
“Türkiyə Pakistan və Hindistan arasındakı gərginliyin vəziyyət daha ciddi mərhələyə keçmədən həll olunmasını istəyir”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
O qeyd edib ki, Ankara hadisələri diqqətlə izləyir.
Ərdoğan Türkiyənin bölgədə yeni qarşıdurmaların yaranmasını istəmədiyini də vurğulayıb.