Avropanın bir neçə ölkəsində elektrik kəsilib


İspaniya və Portuqaliyada elektrik enerjisinin kəsilməsi nəticəsində milyonlarla insan işıqsız qalıb.
Yeniavaz.com
“EuroNews”a istinadən xəbər verir ki, İspaniya və Portuqaliyada bazar ertəsi geniş şəkildə elektrik kəsilməsi baş verib.
İspaniyanın paytaxtındakı Madrid-Baraxas Beynəlxalq Hava Limanı elektriksiz qalıb, telekommunikasiya şirkətləri də zərər çəkib. Fransanın bəzi bölgələrindəki vətəndaşlar da elektrik kəsilməsindən təsirləndiklərini bildiriblər.
Qeyd edək ki, problemin səbəbi hələ də bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top