
Yeni Roma Papasını seçmək üçün Vatikanda qurulan konklav mayın 7-də toplanacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, tarix Roma Papası Fransiskin dəfn mərasimindən sonra baş tutan kardinalların qapalı iclası zamanı müəyyən edilib.
Daha sonra Vatikan bu məlumatı təsdiqləyib.