İrandakı partlayışda ölənlərin sayı 46-ya çatdı – Fotolar


İranda Şəhid Rəcai Limanında baş verən güclü partlayışda ölənlərin sayı 46-ya yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.  
Agentliyin məlumatına görə, 138 nəfər xəstəxanadadır və onlara tibbi yardım göstərilir.
Digər tərəfdən, güclü küləyin səbəb olduğu əlverişsiz hava şəraiti yanğınsöndürmə əməliyyatlarını çətinləşdirib və söndürülmüş ərazilər güclü külək nəticəsində yenidən alovlanıb.
Bununla belə, yanğının 80 faizdən çoxu söndürülüb və liman gömrüyünün fəaliyyəti davam edir.
Qeyd edək ki, mayın 26-da İranın Bəndər-Abbas şəhərində Şəhid Rəcai Limanında güclü partlayış baş verib. Həmin günün axşamı limanda növbəti partlayışlar qeydə alınıb. İlkin məlumata görə, hadisə kimyəvi məhsullar anbarında baş verib. Bununla belə, partlayışa nəyin səbəb olduğu hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma davam edir.
Digər tərəfdən, Hörmüzqanda üç günlük, ölkə miqyasında isə bir günlük matəm elan edilib.




DİGƏR XƏBƏRLƏR

Top