
İran Şəhid Rəcai limanında baş verən partlayışdan sonra üç günlük matəm elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRIB dövlət televiziyası məlumat yayıb.
“Şəhid Rəcai limanında 18 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra Hörmüzqan qubernatoru Məhəmməd Aşuri 3 günlük ümumi matəm elan edib”, - məlumatda deyilib.
Aşurinin sözlərinə görə, 750 yaralı xəstəxanalardadır və onlardan 200-ü səhər saatlarında evə buraxılıb.
Xatırladaq ki, şənbə günü səhər Fars körfəzi sahilində, Bəndər Abbas şəhəri yaxınlığında yerləşən Şəhid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, azı 18 nəfər həlak olub, 750-dən çox insan yaralanıb. Partlayışın səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.