İzmirdə zavodda partlayış – Ölən və yaralananlar var


Türkiyənin İzmir səhərində Aliağa rayonunda yerləşən kimya zavodunda partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Daxil olan məlumata görə, qazın sıxılması nəticəsində baş verən partlayış nəticəsində yanğın baş verib.
Hadisə yerinə xilasetmə, jandarma və təcili yardım heyətləri sövq edildi.
Yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Hadisə nəticəsində 4 nəfərin ağır yaralandığı, 1 nəfərin öldüyü müəyyən edilib.
Yaralılar təcili yardımla Aliağa Dövlət Xəstəxanasına aparılıb.
Partlayışla bağlı istintaq orqanları tərəfindən araşdırma başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top