“Rusiya nüvə doktrinasına dəyişikliklər barədə düşünür” – Putin


“Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür”.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz indi nüvə doktrinasında nəyin dəyişdirilə biləcəyini düşünürük. İstənilən halda, biz bilirik ki, potensial düşmən bunun üzərində, nüvə silahından istifadə həddinin aşağı salınması ilə bağlı yeni elementlər üzərində işləyir”, - Putin bildirib.
Xüsusilə, siyasətçi qeyd edib ki, Qərb ultra aşağı güclü partlayıcı nüvə qurğuları hazırlayır və buna diqqət yetirmək lazımdır.
Xatırladaq ki, iyunun 7-də baş tutan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı prezident həmçinin Rusiyanın nüvə doktrinasının gələcəkdə dəyişdirilə biləcəyini etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top