“Washington Post”un ilk qadın baş redaktoru istefa verəcək


“Washington Post” qəzetinin baş redaktoru Salli Bazbi tutduğu vəzifəni tərk etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nəşrin özü məlumat yayıb.
Bazbi 2021-ci ildə baş redaktor təyin edilib və “Washington Post”da bu vəzifəni tutan ilk qadın olub. Bazbinin gedişinin səbəbi açıqlanmayıb.
“Washington Post”un naşiri Uilyam Luis daha əvvəl “The Wall Street Journal”da oxşar vəzifədə işləmiş Mett Murreyin yeni baş redaktor olacağını açıqlayıb.
O da məlum olub ki, ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərindən sonra Murreyi “Teleqraf Media Group”dan Robert Vinnet əvəz edəcək.

DİGƏR XƏBƏRLƏR

Top