
Ötən il ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 2022-ci illə müqayisədə 272,3 milyon kVt·saat (kilovatt-saat) və ya 0,9% artaraq 29 milyard 276,6 milyon kVt·saat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Energetika Nazirliyi yayıb.
Bildirilir ki, 12 ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 27 milyard 160,4 milyon kVt·saat, Su Elektrik Stansiyalarında (SES) 1 milyard 757,2 milyon kVt·saat, digər mənbələr üzrə isə 359,0 milyon kVt·saat təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 56,6 milyon kVt·saat, günəş elektrik stansiyalarında 79,4 milyon kVt·saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 223 milyon kVt·saat elektrik enerjisi istehsal edilib.
Ötən il ərzində elektrik enerjisinin ixracı 3 milyard 252,5 milyon kVt·saat, idxalı isə 211,8 milyon kVt·saat olub.
2023-cü ilin dekabr ayında isə elektrik enerjisinin istehsalı 2 milyard 788,7 milyon kVt·saat olub.
Elnur Əli