“Yuxululuq təhlükəli xəstəliklərin əlaməti ola bilər”


“Yuxululuq və ya uzun yuxu (10 saatdan çox) ürək xəstəliyinin və bəzi digər ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Radiosu”na somnoloq Aleksandr Kalinkin danışıb.
Kalinkinin sözlərinə görə, ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabet səbəbiylə müntəzəm həddindən artıq yuxu baş verə bilər:
“Yuxu zamanı tənəffüsün dayanması - apnesi olan xəstələrdə daimi yatmaq istəyi yaranır. Xroniki iltihabı olan xəstələr də yuxululuq vəziyyətinə düşürlər. Eyni zamanda, bir insanın həftə sonları və ya bayram günlərində kifayət qədər yuxu almaq istəyində səhv bir şey yoxdur, əgər iş günləri gündə yeddi saatdan az yatırsa. Gecələr yuxu çatışmazlığını kompensasiya etmək yuxululuq deyil. Normal yuxu müddəti yeddi-doqquz saat, icazə verilən maksimum gündə 10 saatdır”.
Mütəxəssis Yeni il gecəsi bayram süfrəsi arxasında əyləşən insanları növbəti günlərdə gecə istirahət rejimini bərpa etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top