
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Yeniavaz.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada cütlüklər belə olub:
PSV (Niderland) - “Borussiya” (Almaniya)
“Porto” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
“Kopenhagen” (Danimarka) - “Mançester Siti” (İngiltərə)
“İnter” (İtaliya) - “Atletiko” (İspaniya)
“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)
PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya)
“Leypsiq” (Almaniya) - “Real” (İspaniya)
Qeyd edək ki, bu mərhələnin oyunları 2024-cü ilin fevralında baş tutacaq. İlk oyunlar fevralın 13-14 və 20-21-də, cavab görüşləri isə martın 5-6 və 12-13-də baş tutacaq.