Qəzzadakı xəstəxanaların yarısı yararsız hala düşüb


Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi Qəzza zolağında fəaliyyət göstərən xəstəxanaların sayının 36-dan 18-ə qədər azalmasına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Münaqişənin başlamasından keçən 60 gündən az müddətdə fəaliyyət göstərən xəstəxanaların sayı 36-dan 18-ə qədər azalıb. Onlardan üçü yalnız ilkin tibbi yardım göstərir. Qalan xəstəxanalar isə yalnız seçilmiş xidmətlər göstərir”, - məlumatda bildirilib.
ÜST-nin məlumatına görə, hələ də fəaliyyət göstərən bəzi xəstəxanalar nəzərdə tutulan gücündən iki-üç dəfə çox xəstə qəbul edir. “Cənubda hələ də fəaliyyət göstərən 12 xəstəxana indi səhiyyə sisteminin əsasını təşkil edir”, - deyə təşkilat əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top