"Leyla ilə Məcnun"un "Ağsaqqalı" dünyasını dəyişdi


Türkiyənin məşhur "Leyla ilə Məcnun" serialının “Ağsaqqalı” Köksal Engür dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, usta aktyorun ölümü ilə bağlı xəbəri həmkarı Cengiz Bozkurt yayıb.
“Böyrək çatışmazlığı ilə bağlı ağırlaşmalar səbəbindən qardaşımız Köksal Engürü itirdik. Sabah onun dəfn mərasimi ilə bağlı açıqlama verəcəyik. Başda ailəsi olmaqla bütün yaxınlarına başsağlığı verirəm”, deyə C. Bozkurt bildirib.
Qeyd edək ki, teatr aktyoru olan K. Engür Türkiyənin məşhur "Leyla ilə Məcnun" serialında "Aksakallı dede" obrazını canlandırırdı.

DİGƏR XƏBƏRLƏR

Top