Quranı yandıracağını deyən fəalın Britaniyaya girişi qadağan edildi


Danimarka və İsveç vətəndaşlığı olan ifrat sağçı siyasətçi Rasmus Paludan ötən həftə İngiltərəyə gedib Ramazan ayında burada müsəlmanların müqəddəs kitabı Quranı yandırmağı planlaşdırdığını açıqlamışdı.
Yeniavaz.com
xəbər verir ki, İngiltərə səlahiyyətliləri buna icazə verməyəcəklərini açıqlayıblar.
Dövlət təhlükəsizlik naziri Tom Tuqendat İcmalar Palatasında iştirak etdiyi iclasda ona verilən sualı cavablandırıb və Paludanın ölkəyə buraxılmayacağını bildirib.
“Paludan xəbərdarlıq işarələri verdi və nəticə etibarilə onun İngiltərəyə gəlməsi ictimai rifah üçün yaxşı olmayacaq. Bu səbəbdən onun ölkəyə buraxılmasına icazə verilməyəcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, daha əvvəl Paludan İsveç və Danimarkada Quranı yandırıb və bu aqressiv davranışı beynəlxalq ictimaiyyətin böyük reaksiyasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top