Yupiterin daha 12 peyki tapıldı


Astronomlar Yupiterin daha 12 peykini kəşf etməyə müvəffəq olublar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Bildirilib ki, məlum peyklərin ümumi sayı hazırda 92-yə çatıb. Bu, Günəş sisteminin planetləri arasında maksimumdur. 
 “Sky & Telescope” elmi jurnalının saytı Yupiterin peyklərinin orbitlərini əks etdirən şəkil dərc edib. Məqalədə bütün aşkar edilmiş peyklərin kiçik olduğu və planetdən böyük məsafədə yerləşdiyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top