Fransa Rusiyadan 153 ton zənginləşdirilmiş uran alıb - KİV


Fransanın EDF enerji korporasiyası 2022-ci ildə Rusiya podratçılarından 153 ton zənginləşdirilmiş uran alıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Point” jurnalı məlumat yayıb.
Bildirilib ki, ilin əvvəlindən EDF öz atom elektrik stansiyaları üçün 7 min ton uran filizi alıb. Söhbət təkcə Rusiyada hasil edilən filizdən gedir. Fransa üçün birbaşa hasilat Qazaxıstan, Kanada, Niger və Özbəkistanda da həyata keçirilir. Bununla belə, Rosatom ilə bağlanmış uzunmüddətli müqavilələrə uyğun olaraq, fransızlar uran filizinin bir hissəsini zənginləşdirməsi üçün Rusiyaya göndərirlər. Zənginləşdirilmiş uran Fransaya və ya başqa ölkələrə qaytarılır, orada artıq atom elektrik stansiyaları üçün yanacağa çevrilir.

DİGƏR XƏBƏRLƏR

Top