Belarusun XİN rəhbəri qətlə yetirilib? - "Rusiyanın əli" olduğu deyilir...


Belarusun xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi şənbə günü məlumat yayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko Makeyin ailəsinə və yaxınlarına başsağlığı verib.
Artıq Belarus mediasında Makeyin ölüm səbəbi barədə məlumat yayılıb. Onun infarktdan vəfat etdiyi iddia edilir.
Lakin hələ də Belarus rəhbərliyi, həmçinin XİN rəsmiləri diplomatın dünyasını dəyişməsi səbəbi ilə bağlı açıqlama yaymayıb. Belrusda yayımnan KİV-də, həmçinin sosial şəbəkələrdə Makeyin qətlə yetirilmiş ola biləcəyi ilə bağlı iddialar yayılıb. Makeyin ölümünün ölkə Prezidenti Aleksandr Lukaşenkoya Rusiya tərəfindən “son xəbərdarlıq” ola biləcəyi iddia edilir.
Qeyd edək ki, Makeyin bu gün – noyabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulmuşdu. Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında onun ölümünə yas tutulduğunu bildirib və Makeyi Rusiyanın “əsl dostu” kimi xarakterizə edib.
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi bu il noyabrın 26-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Vladimiroviç Makeyin vaxtsız vəfatı ilə əlaqədar dərin hüzn keçirir.
Vladimir Vladimiroviç Makey Rusiyanın həqiqi dostu idi, o, geniş ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafına, İttifaq dövlətinin inteqrasiya olunmuş qurulmasına, Rusiya və Belarusun qardaş xalqları arasında əlaqələrin möhkəmlənməsinə misilsiz töhfələr vermişdi”, - bəyanatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top