"Satışda olan çörəklərin əksəriyyəti insan sağlamlığı üçün həddindən artıq təhlükəlidir"


“Bu gün satışda olan çörəklərin əksəriyyəti insan sağlamlığı üçün həddindən artıq təhlükəlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu lent.az-a müsahibəsində sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Mütəxəssis bildirib ki, çörəyin hazırlandığı un keyfiyyətli deyil: “Həmin çörəklər tərkib baxımından sənaye üsulu ilə hazırlanır. Bu baxımdan insanların bu çörəklərdən istifadə etməsini məsləhət görmürəm. Çörəyin hazırlanmasında sintetik mayalardan istifadə olunur. Bu çörəkləri istehlak etdikdə insanda köp, şişkinlik yaradır və həzm prosesini çətinləşdirir.  Bəzi insanlar həmin çörəkləri almağa məcbur olurlar. Zavod çörəyini qızardıb nəmliyini azaldaraq az miqdarda istifadə etmək olar”.
 

DİGƏR XƏBƏRLƏR

Top