Londonda hərbi parada hazırlıq vaxtı tribuna uçdu, yaralılar var


Londonda Böyük Britaniya kraliçası II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümünün qeyd edilməsi ərəfəsində keçirilən hərbi paradın məşqində tamaşaçı tribunasının uçması nəticəsində 5 nəfər xəsarət alıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə şənbə günü Britaniya paytaxtının fövqəladə hallar xidməti məlumat yayıb.
Qeyd olunur ki, hadisə nəticəsində üç zərərçəkənin xəstəxanaya yerləşdirilməsi tələb olunub. Məşqlər dayandırılıb. Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün çalışdıqlarını bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top