Ölmək üçün dünyada ən yaxşı ölkələr – SİYAHI


ABŞ mütəxəssislərinin apardığı araşdırmalar nəticəsində dünyada ölmək üçün ən yaxşı ölkələrin siyahısı hazırlanıb.
Yeniavaz.com
“İndependent”ə istinadla xəbər verir ki, həmin siyahı xəstələrin son günlərində səhiyyə sisteminin onlara hansı səviyyədə fiziki və mənəvi xidmət göstərməsi əsasında tərtib edilib.
Həmin siyahıda 81 ölkənin adı yer alıb. Siyahıda Böyük Britaniya 1-ci yerdə, İrlandiya 2-ci yerdə, Tayvan 3-cü yerdə, Avstraliya və Cənubi Koreya 4-cü yerdə , Kosta-Rika isə 5-ci yerdədir.
Siyahının son beşliyində isə Haiti, Seneqal, Braziliya, Livan və Paraqvay kimi ölkələr yer alıb.
Bundan əlavə, Gürcüstan 54-cü, Rusiya 57-ci yerdə, Ukrayna isə 69-cu yerdədir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə həmin siyahıya daxil edilməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top