Aİ-də Rusiya-Ukrayna mövzusu müzakirə olunacaq


Dekabrın 13-də Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə Rusiya və Ukrayna arasındakı vəziyyəti müzakirə edəcəklər.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Piter Stano məlumat verib. O bildirib ki, Ukrayna Aİ-yə üzv olmaq üçün namizəd ölkə olmasa da, Aİ-nin mühüm tərəfdaşıdır:
“Aİ Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək və biz Ukraynanın bir çox sahələrdə sabitliyini necə gücləndirəcəyimiz üzərində işləyirik. Bu məsələlər Aİ xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə müzakirə olunacaq".
 

DİGƏR XƏBƏRLƏR

Top