İngiltərədə peyvənd vurduranların neçə faizi virusa yoluxub? – RƏSMİ AÇIQLAMA


İngiltərənin Milli Statistika İdarəsi Covid-19-a qarşı peyvənd olunan şəxslərin virusa yoluxma göstəricilərini açıqlayıb.
Yeniavaz.com açıqlanan məlumatlara istinadən bildirir ki, 1 dekabr 2020-ci il tarixindən 31 mat 2021-ci il tarixinə kimi İngiltərədə 297 min 493 nəfər peyvənd olunub.
Peyvənd olunanların 105 min 365 nəfərinə “Pfizer/BioNTech”, 192 min 126 nəfərinə isə “Oxford/AstraZeneca” vaksini vurulub.
“Pfizer/BioNTech” vaksininin 1-ci dozasını vurduranların 0,8%-i, 2-ci dozasını vurduranların isə 0,1%-i virusa yoluxub. 
“Oxford/AstraZeneca” vaksininin 1-ci dozasını vurduranların 0,3%-i, 2-ci dozasını vurduranların isə 0,1%-i virusa yoluxub. 
İngiltərənin Milli Statistika İdarəsi bildirir ki, peyvənd olunan 297 min 493 nəfərin yalnız 1 477 nəfərində (0,5%) Covid-19-a yoluxma halı qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top