Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satır? – TAM SİYAHI


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 7 milyard 837 milyon 583,3 min kub metr həcmində təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 1 milyard 131 milyon 480,3 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 144 dollar olub.
Azərbaycan bu ilin ilk 4 ayında təbii qaz aşağıdakı ölkələrə satıb:
ÖLKƏLƏR Ümumi həcmi
(min kub metr)
Ümumi dəyəri
(min dollar)
1000 kub metrin dəyəri (dollar)
Türkiyə 5 145 932,3 708 343,1 138
Gürcüstan 1 737 972,6 227 406,8 131
İtaliya 733 860,8 150 781,7 205
Yunanıstan 127 818,8 32 774,8 256
Bolqarıstan 91 998,9 12 173,9 132

DİGƏR XƏBƏRLƏR

Top