300 erməni hərbçi cəsədinin kimliyinin müəyyən edilməsi mümkün olmadı


İkinci Qarabağ Müharibəsində öldürülən ermıni hərbçi cəsədlərindən və qalıqlarından götürülmüş 300-ə yaxın nümunənin nəticəsi bilinmir.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son bir neçə həftədə 3752 hərbçinin cəsədi tibbi ekspertizadan keçirilib. Onlardan 70-i üzərində hələ də iş aparılır. Mayın 4-dən etibarən 2875 hərbçi cəsəd-qalıqlarının nümunəsi üzərində məhkəmə-genetik ekspertiza keçirilib, bunlardan sadəcə 2580-dən götürülən nümunələrdən nəticə əldə edilib. 300-dən çox cəsədin kimliyinin müəyyən edilməsinin nə üçün mümkün olmadığı isə açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top