Ağadadaş Ağayev ağır əməliyyat olunacaq


Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev bu gün ağır əməliyyat olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran instaqram hesabında məlumat verib. O, bildirib ki, hər kəs dualarını əsirgəməsin, bu, olduqca ağır əməliyyat olacaq: “Mənim əziz qardaşım, Azərbaycan Respublikasının Xalq artisti Ağadadaş Həmid oğlu Ağayevin növbəti əməliyyatıdır. Həyat yoldaşı, mən, bütün həkim personalı, bütün doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır bu, amma əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi. Onsuz da Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub. O da mərdcəsinə qalib gəlib hər zaman. Mən də bunun şahidi olmuşam. Ağadadaş Ağayevin bu həyatda qazandığı bütün uğurlara dişiylə-dırnağıyla sahibləndi. Bu gün isə səhhəti sınayır onu. Göydə Allahın, yerdə həkimlərin möcüzəvi əlləri sayəsində əsrin bəlası olan xərçəng xəstəliyə Ağadadaş qalib gələcək. Tanrı qorusun, böyük qardaşım mənim. Əməliyyatdan sağ-salamat çıxasan. Dua edin, dostlar!”.
Qeyd edək ki, Xalq artisti Türkiyədə müalicə alır. 

DİGƏR XƏBƏRLƏR

Top