Azərbaycanlı məşhur rəssam Türkiyədə vəfat etdi


Azərbaycanlı məşhur rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib. 
Yeniavaz.com
xəbər verir ki, E.Zeynalov 60 yaşında müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında həyatını itirib. Ona 25 aprel tarixində koronavirus diaqnozu qoyulmuşdu və bir müddət idi ki, xəstəxanada müalicə alırdı.  
Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun İtaliya, Rusiya, Amerika, Avstriya, Almaniya və bir çox ölkələrdə rəsm sərgiləri olub. 

DİGƏR XƏBƏRLƏR

Top