Açıq havada toylara icazə verilə bilər - AÇIQLAMA - VİDEO


Dünyanı iflic vəziyyətinə salan koronavirus pandemiyası ölkəmizdə də məhdudiyyətlərin tətbiqini zəruri edib.

Yeniavaz.com Xezerxeber.az-a istinadən xəbər verir ki, artıq bir ildən çoxdur pandemiya ilə əlaqədar Azərbaycanda toyların keçirilməsi qadağan olunub.

Ona görə də övlad toyu görmək istəyən valideynlər, eləcə də ailə qurmaq arzusunda olan gənclər çal-çağırlı mərasim təşkil edə bilmir və sadəcə nikahla kifayətlənirlər.

Bəs görəsən bəzi şərtlər daxilində toyların keçirilməsinə imkan yaradılacaqmı?

Bu sualı cavablandıran millət vəkili Rəşad Mahmudov deyib ki, toy mərasimlərinin yay mövsümündə təşkilinə icazə verilə bilər.

Onun sözlərinə görə, yay aylarında açıq havada və bəlli bir say məhdudiyyəti qoymaqla toylar təşkil edilə bilər. Həmçinin 500-600 nəfərlik tutumu olan şadlıq evlərində 100-150 nəfərlə və məsafə saxlamaqla toy mərasimlərinin keçirilməsi qərarı verilə bilər.

Millət vəkili onu da qeyd edib ki, birinci gündən etibarən ölkəmizin koronovirusla apardığı mübarizə dünya ölkələrinə nümunə olmalıdır və bu mübarizə gec-tez öz müsbət təsirini göstərməlidir.

Qeyd edək ki, ölkədə bir çox cütlük rəsmi nikah bağlasa da, toy mərasimlərinin keçirilməsi üçün pandemiyanın bitməyini ya da müvafiq qərarın verilməsini səbirsizliklə gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top