Qoşqarçaydan meyiti tapılan qadının kimiliyi bilindi


Göygöldə çaydan qadın meyiti tapılıb.
Yeniavaz.com
-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar zamanı çayda batan qadının Daşkəsən rayonunun Bayan kənd sakini, 1982-ci il təvəllüdlü Mehriban Əziz qızı Həsənova olduğu məlum olub.
Məlumata görə, qadın ruhi xəstə olub.

DİGƏR XƏBƏRLƏR

Top