Aktyor dünyasını dəyişən həmkarı haqqında danışıb üsyan etdi: “İnsanın vicdanı olar” - VİDEO


“Ramizin vəfatı dövründə nəyə əsəbiləşdim? Bəzi şəxslər xəbər saytlarına özünü Ramizin dostu kimi təqdim edib açıqlama verirdilər. İnsanın vicdanı olar. Bu sözü eynilə xəbər saytlarında aid edirəm. Deyirlər ki, Ramizin filan dostu nə o, 19 saat komada olarkən xəstəxanaya, nə bir gün atası evində olarkən, nə də dəfninə gəldi. Amma danışdı, açıqlamalar verdi. Onu dostu bilib danışdıranlar savadsız, danışan isə şəxsiyyətsizdir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri aktyor Məcid Hüseynov “Sözbaz” proqramında ötən ay dünyasını dəyişən həmkarı Ramiz Hüseynov barəsində danışarkən deyib.  
“Bu ölüm sabah mənim üçün də var. Yazırsan, düz yaz. Cəmi bir nəfər mənə zəng vurub dedi ki, belə olub? Dedim yox, elə deyil, belədir. Mənə dedi ki, çox sağ olun, məlumatı doğru yazacağam. Yanlış insanlardan məlumat aldıqları üçün səhv xəbərlər yayıldı. Biri yazıb ki, koronavirusdan vəfat edib, yalandır. Təzyiqdən dünyasını dəyişdi, beyninə qan sızdı. 19 saat Sumqayıtda xəstəxanada komada qaldı. Beyni ölmüşdü”, - deyə o, əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top