Putinə koronavirus vaksinin 2-ci dozası vuruldu


Rusiya Prezidenti Vladimir Putin koronavirus əleyhinə vaksinin 2-ci dozasını vurdurması ilə bağlı məlumat verib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, Putin bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin video konfrans şəklində keçirilən iclasında məlumat verib: "Bildirmək istəyirəm ki, bu zala girməmişdən əvvəl koronavirusun peyvəndinin 2-ci dozasını vudurdum. Ümid edirəm, hətta əminəm ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, peyvəndin 1-ci dozasını mart ayının 23-də vurdurub.

DİGƏR XƏBƏRLƏR

Top