Xərclərimizin yarıdan çoxu yeyib-içməyə sərf olunur - RƏSMİ


Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq, o cümlədən 5,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1%, o cümlədən qeyri-ərzaq malları üzrə 4,7% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1% artıb.
Bu ilin ilk 3 ayında istehlakçılar 514,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıblar və bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2% az olub.
Əczaçılıq məhsulları və tibbi ləvazimatlarına isə son 3 ayda 216,1 milyon manat xərclənib və bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,5% çox olub.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 318,1 manatlıq, o cümlədən 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları alıb.

DİGƏR XƏBƏRLƏR

Top