"Albert Rıjiy"i öldürən şəxsin saxlanılma anı - ANBAAN VİDEO


Moskvada fitness klubunda azərbaycanlı "qanuni oğru" Əli Heydərovu güllələməkdə təqsirləndirilən şəxsin saxlanılmasının görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə videonu Rusiya İstintaq Komitəsi yayıb. Məlumata görə, Sultanov Mətləb Paşa oğlu cinayəti etiraf edib və aralarında baş verən şəxsi məsələlərə görə, öldürdüyünü bildirib. 
Qeyd edək ki, aprel ayının 12-də "Albert Rıjiy" kimi tanınan kriminal avtoritet Əli Heydərov Moskvanın şimal-qərbindəki “Alye Parusa” yaşayış kompleksində yerləşən bir fitness klubunda güllələnib. O hadisə yerində dünyasını dəyişib.

 

 

DİGƏR XƏBƏRLƏR

Top