Daha bir COVID-19 peyvəndinin istifadəsi qadağan edilir


ABŞ öz istehaslı olan “Johnson & Johnson” peyvəndinin istifadəsini qadağan etmək istəyir.
Yeniavaz.com “New York Times”a istinadən xəbər verir ki, bu qərar ABŞ-ın Amerika Qida və Dərman İdarəsi (FDA) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən verilib. Qurumlar bu qərarı sözügedən peyvəndi vurdurduqdan sonra 6 qadının qanında laxtalanma yarandığı üçün verib.
Qeyd edək ki, ABŞ-da bu günə kimi 7 milyon şəxsə 1 dozalıq “Johnson & Johnson” peyvəndi vurulub. Onlardan 18-48 yaş aralığında olan 6 qadında peyvəndin əks təsirinə rast gəlinib.

DİGƏR XƏBƏRLƏR

Top