Qardaş ölkədə 5,3 bal gücündə zəlzələ olub


Ötən gecə Türkiyənin Muğla şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonrakı 7 saat ərzində bölgədə 100-dən çox yeraltı təkan qeydə alınıb.
Zəlzələnin baş verməsi Boğaziçi universitetinin nəzdində fəaliyyət göstərən Kandilli Rəsədxanası Zəlzələ Araşdırma İnstitutu tərəfindən təsdiqlənib. Yeraltı təkanlar ən çox Muğla, Marmaris və Bodrumda hiss olunub. Zəlzələ baş verən ərzailərdə heç bir tikilidə xəsarət meydana gəlməyib.
Mütəxəssislər yeraltı təkanların davam edə biləcəyi bağlı xəbərdarlıq edib.
 

DİGƏR XƏBƏRLƏR

Top