"Abu İbrahim Dağıstani" ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən şəxsə hökm oxunub. Həmin şəxs radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirakda ittiham edilir.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Elçin Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Elçin Qasımov “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu ilə birlikdə həbs edilib.

B.Güləliyev 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulmuşdu.

Bəhram Güləliyev 2019-cu ildə Pakistanda saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Məhkəmənin hökmü ilə ona 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bu əməliyyatın davamı olaraq Elçin Qasımov və daha bir neçə şəxs saxlanılıb.

Elçin Qasımov ifadəsində Türkiyəyə oradan da Suriya və digər ölkələrdəki dini qruplaşmalara qoşulduğunu, onların tərkibində döyüşdüyünü etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top