Vilayət Eyvazov polkovnik-leytenantı işdən çıxardı - ƏMR


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.
S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.
Hüquq-mühafizə orqanlarından məlumatı təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top