“Pfizer-BioNTech” uşaqlara koronavirus peyvəndi vurmağa hazırlaşır


"Pfizer-BioNTech" koronavirus əleyhinə istehsal etdiyi peyvəndlərinin 12-15 yaş uşaqlar arasında təcili tətbiq edilməsi məqsədilə ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət etdiyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Pfizer” sosial şəbəkə hesabında açıqlama yayıb. Açıqlamada peyvənd 12-15 yaş aralığında olan uşaqlara 2021-ci tədris ili başlamadan vurmaq istədikləri bildirilib.
Qeyd edək ki, sözügedən peyvəndin 12-15 yaş uşaqlar arasında aparılan kliniki testlər tamamlanıb. Ümumilikdə 2260 nəfər üzərində aparılan araşdırma nəticəsində aşılanmış 12-15 yaş arası uşaqlarda virusa qarşı antitellər əmələ gəldiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top