Aqil Abbas: "Toya çağırsalar gedərəm, 200 manat da cəriməni verərəm" - VİDEO


"Toya çağırsalar məmnuniyyətlə gedərəm, gedib 200 manat da cəriməni verərəm". 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “Baku Tv”nin efirində yayımlanan “Təkbətək” verilişində Millət vəkili Aqil Abbas deyib. O bildirib ki, pandemiya dövründə onu heç bir toya dəvət etməyiblər.
Aqil Abbas sonuncu dəfə ötən ilin yanvar ayında toy məclisində iştirak etdiyini və toylar üçün darıxdığını deyib. O toyların qadağan edilməsində böyük bir məntiqsizlik olduğunu bildirib:
“50 kvadratmetrlik bir avtobusa 70 adam minir. Bir adama bir kvadratmetrdən az düşür. İndi deyəcəm restoranları bağlayacaqlar. Restoranlarda 15 nəfər oturub çörək yeyirlər, icazə var. 15 nəfər də o tərəfdə oturub çörək yeyir. Amma orada Əlinin, Pirvəlinin ad günüdür. Gəlib cərimələyirlər ki, ad günü keçirmək olmaz, niyə? Necə ola bilər ki, restoranda 200 nəfər çörək yeyə bilər, amma 1000 kvadratmetrlik bir şadlıq sarayında 100 adam toy edə bilməz, niyə?”.

DİGƏR XƏBƏRLƏR

Top