ABŞ gələn həftə Türkiyəyə iki hərbi gəmi göndərəcək.
Yeniavaz.com “Cumhuriyet”ə istinadla xəbər verir ki, ABŞ-a aid hərbi gəmilərin İstanbul boğazlarından keçib Qara dənizə gedəcəyi bildirilib.
Türkiyə rəsmiləri ABŞ-ın Qara dənizə 2 hərbi gəmi göndərməsi ilə əlaqədar, "ABŞ hərbi gəmilərinin Montrö Konvensiyasına uyğun olaraq Qara dənizə gedəcəyi barədə 15 gün əvvəl bizə məlumat verilib”-deyə bildirilib.
Gəmilərin 4 May tarixinə qədər Qara dənizdə qalacağı deyilib.