Zelenski sabah Türkiyəyə səfər edəcək


Ukrayna prezidenti Vladimir Zelenski 10 aprel tarixində Türkiyəyə gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Səfər zamanı Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Qeyd edək ki, Ukrayna prezidentinin səfəri çərçivəsində Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.
Dövlət başçıları müdafiə, sərbəst ticarət və turizm məsələləri barədə fikir mübadiləsi aparacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top