Bu maz miqrendən tutmuş revmatizmə qədər bir çox xəstəlikləri müalicə edir


Vyetnamlıların dünyaya bəxş etdiyi ucuz və faydalı mazı yəqin ki, SSSR-də dünyaya gəlib istifadə etməyən tapılmaz. El arasında “vyetnam mazı” olaraq tanınan bu məlhəm ansipektik, antibakterial təsiri sayəsində soyuqdəymə zamanı geniş istifadə olunur. Tərkibi evkalipt, darçın, mixək, nanə, kamfora yağı və s. maddələrlə zəngindir. Bundan əlavə, mazın tərkibinə turşular və bitki mənşəli məhsullar daxildir.
Yeniavaz.com
xəbər verir ki, bu maz qədim zamanlarda yaratdığı möcüzələrlə illərdir insanların güvənini qazanıb. Bu mazın isidici tərkibi orqanizmi canlandırır, qan dövranını yaxşılaşdırır, dərinin təzələnməsinə kömək edir. Bir sözlə “vyetnam mazı”nın istifadə sahəsi çox genişdir. 
- Baş ağrıları və burun tutulmaları zamanı müsbət nəticə verir; 
- Revmatizm və oynaq ağrıları üçün istifadə olunur;
- Diş ağrısında;
-Dayaq hərəkət sisteminin müalicəsi və qarşısının alınmasında;
- Miqren və baş ağrıları. Bunun üçün mazdan gicgah və alın nahiyyənizə çəkib masaj etmək kifayətdir. 
- Ayaqdakı quru döyənəklərin müalicəsində. İlk öncə axşam yatmazdan öncə nazik təbəqə şəklində maz ayağa çəkilir və corab geyinilir. Bu prosesi 2-3 gün davam etmək lazımdır. 
- Dabanda olan şişkinliklər;
- Sızanaqların müalicəsində;
- Ağcaqanad və digər həşəratların dişləməsi zamanı;
- Havanı təmizləyir. Bunun üçün hava təravətləndiricinin içərisinə az miqdarda maz əlavə edib çalxalamaq lazımdır. Daha sonra həmin qarışımı otağa  vurun. Bu, havadakı mikrobları təmizləyəcək; 
- Dırnaq göbələklərinin müalicəsində. Hər axşam mazdan dırnaqlarına çəksəniz, bir müddət sonra göbələyin sağaldığının şahidi olacaqsınız; 
- Dəridə olan göyərmələri aradan qaldırır.

Haşiyə: “Vyetnam mazı” iki yaşdan kiçik uşaqların əlçatan olmadığı yerdə saxlanılmalı və onlara tətbiq edilməməlidir. Allergiyalı şəxslərin istifadəsi zamanı diqqətli olmalarında fayda var. Tövsiyə olunandır ki, bu problemi olan insanlar ilk öncə bilək nahiyyəsinə mazı istifadə etsinlər. Bununla yanaşı dəriyə nazik təbəqə şəklində  tətbiq etmək lazımdır. Əks halda dəridə yama halları müşahidə edilə bilər.  Eyni zamanda hamiləlik dövründə də istifadəsi məsləhət görülmür. İstifadə müddəti isə 7-10 gündür.

DİGƏR XƏBƏRLƏR

Top