Bu rayonda yaşı 50-dən yuxarı olan 34 müəllim koronavirusa yoluxdu


Göygöl rayonunda 34 orta məktəb müəlimində koronavirus infeksiyası aşkar olunub və müəllimlər tədrisdən kənarlaşdırılıblar.

Bu barədə Təhsil Şöbəsinin müdiri Elburus Atayev bildirib. Onun sözlərinə görə, yoluxan pedaqoqlar əsasən yaşı 50-dən yuxarı olan müəllimlərdir.
"Müəllim heyəti ilə yanaşı COVİD-19 infeksiysı bir neçə 11-ci sinif şagirdlərində də aşkar olunub. Düzdür, hazırda 10 və 11-ci sinif şagirdləri distant təhsil alsalar da bəzi şagirdlərdə COVİD-19 virusu aşkar olunması ilə bağlı faktlar təsdiqlənib. Yoluxma hallarına baxmayaraq Göygöl rayonunda əyani tədris prosesi davam etməkdədir. Yerli təhsil şöbəsi virusdan qorunmaq üçün tələb edilən qaydalara əməl olunmasına çalışır", - deyə E.Atayev bildirib.
Qeyd edək ki, Göygöl rayonunda 50 orta tədris müəssisəsi fəaliyyət göstərir. //baku.ws

DİGƏR XƏBƏRLƏR

Top